09 İyun 2024

18:01

Şərhlər(2)

CodeAny Platform

Azercell Cup 2024 - Final turu

9 iyun tarixində 6-7-ci sinif şagirdlərinin rəqəmsal dünyaya olan marağının artırılması, proqramlaşdırma bacarıqlarının inkişafı və olimpiadalara alqoritmik məsələləri həlletmə istedadlarının ölçülməsi, informatika fənni üzrə gələcək beynəlxalq olimpiadalara hazırlıq komandalarının müəyyən edilməsi istiqamətində təşkil edilən “Azercell Cup 2024” 🏆 müsabiqəsinin final turu təşkil edilib. Final turunda əvvəlki iki turun nəticələrinə əsasən fərqlənmiş 51 nəfər məktəbli iştirak edib.

Nəticələrə əsasən 24-cü yer və 24-cü yer ilə eyni nəticə göstərən şagirdlər medal qazanıb. 🥇🥈🥉

Nəticələr ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://azercellcup.org/azercellcup2024-final-results

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri növbəti tədris ilinin əvvəllində təşkil ediləcək.

Mükafatlandırma haqqında məlumat təşkil edilən dərslər zamanı iştirakçılar ilə paylaşılacaq.

Gələcək informatika olimpiadalarına hazırlaşmaq istəyən şagirdlər və bu sahəyə marağı olan müəllim və mütəxəssislər müsabiqənin hər bir mərhələsində iştirakçılara təqdim olunan suallarla aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərlər:

https://codeany.org/az/catalogue/azercell-cup-2024

Qalibləri təbrik edirik, bütün iştirakçılara uğurlar arzulayırıq!

Şərhlər(2)

salam men Azercell olimpiadasinda 2 ci yer tutmus Nazarli Faridem zehmet olmasa menim ikinci sualim incelensin bu salda hec bir mesele saytinda olmamis problemle rastalasdim men (cout<<c<<" ") sondaki bosluga gore 0% aldim hansi ki eolymp kimi populyar mesele saytlarina bunlar tester terefinden yoxlanilmir son cavaba baxilir .Zehmet olmasa bu barede melumat bildirin .(Nezere tutdugum ilk heller ilk vaxtlarda attidigim ve kopliyasiya almadigim hellerdir yani ilego mesleine attdigim ilk 10 hell arasindaki hellerim incelenmesi canli intelekt terefinden)

Salam, boşluq simvol kimi sayılır. Tapşırığın şərtində isə xahiş olunmuşdu ancaq tam ədədi çap eləmək. Çıxış verilənlərin formatına fikir vermək lazımdı.