22 May 2024

21:28

Şərhlər(4)

CodeAny Platform

Azercell Cup 2024 müsabiqəsinin birinci mərhələsi təşkil edilib

20 may 2024-cü il tarixində “Azercell Cup” 🏆 müsabiqəsinin birinci mərhələsi onlayn formatda www.azercellcup.org saytında, CodeAny platformanın əsasında keçirilib. Ümumilikdə birinci mərhələ və sınaq turu üçün 2009 nəfər müraciət edib. Yarış əsnasında 389 nəfər tərəfindən göndərilən 3119 həll avtomatik yoxlanılaraq qiymətləndirilib. Birinci mərhələnin nəticələrinə əsasən həll göndərib 0-dan çox bal toplayan bütün iştirakçılar – ümumilikdə 165 nəfər növbəti turda iştirak hüququ qazanıb. Növbəti tura vəsiqə qazanan iştirakçıları biz təbrik edirik və uğurlar arzulayırıq! 👍

Növbəti turlar haqqında məlumat www.azercellcup.org saytında yerləşdirilib və iştirakçıların nəticələri şəxsi kabinetində indi görünür. Kim tapşırıqlar ilə tanışmaq olmaq ya sonra onların üzərində işləmək istəyirsə bu linklə (https://codeany.org/az/catalogue/azercell-cup-2024-round-1) daxil olmaq mümkündü.

Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə və Azercell ilə sıx əməkdaşlıq edərək belə bir əlamətdar tədbirin texniki təşkilatçısı olmaq böyük şərəfdir. Biz bu möhtəşəm yarışmanın bir hissəsi olmaq fürsətini dərindən qiymətləndiririk!

Xatırlatmaq istəyirik ki, artıq 3-cü ildir ki, təşkil edilən Azercell Cup müsabiqəsi 6-cı və 7-cisinif şagirdləri arasında, 3 dildə (Azərbaycan, Rus və İngilis), şagirdlərin proqramlaşdırma və alqoritmik təfəkkürlərini ölçmək üçün iki proqramlaşdırma dili vasitəsi ilə (Python və C++) 💻 keçirilən müsabiqədir.

Müsabiqənin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb ediləcəklər 🥇🥈🥉.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq! 🚀💻 #AzercellCup2024 #CodeAny #ARTI

Şərhlər(4)

Salam 2 turda sualar codeany dən verəcəklər?

2. tur saat neçədə başlayır

Salam 2ci turun cavablari ne zaman cixacaq? cox xahis edirem kim bilirse desin

Salam, mən final turda iştirak etmək üçün hansı sənədləri təqdim etməliyəm? Yalnız şəxsiyyət vəsiqəsi ilə final turunda iştirak edə bilərəm?