18 Aprel 2024

00:00

Şərhlər(14)

CodeAny Platform

“IDDA CUP - Bahar 2024” Olimpiadasının nəticələri və finalçılar.

Iddacup.org saytının hörmətli izləyiciləri!

Böyük məmnuniyyətlə Sizə bildirmək istəyirik ki, 46 və 47-ci ICPC (Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin) final turunun keçirildiyi bir zamanda “IDDA CUP – Bahar 2024” olimpiadasının ikinci turu baş tutdu. Çox simvolik təsadüf deyilmi?

Hər iki turun nəticələri və finalçıların siyahısı “IDDA CUP - Bahar 2024” münsiflər heyyəti Misirdəikən, ICPC Dünya finalı zamanı müəyyənləşdirilmişdir.

“IDDA CUP – Bahar 2024” olimpiadasının 1-ci turunda (31 mart 2024) - 339 nəfər, 2-ci turunda (13 aprel 2024) - 162 nəfər iştirak etmişdir. Təşkilat komitəsinin əvvəlcədən elan etdiyi qərarına əsasən iştirakçının iki turdakı maksimal balı nəzərə alınaraq finalçıların siyahısı müəyyənləşdirilmişdir.

Xatırladaq ki, iki turun yekun nəticəsi sadə düsturla hesablanmışdır:

İki turun yekun nəticəsi martın 31-də birinci turda və 13 aprel ikinci turda göstərdiyiniz iki nəticənin maksimumudur (aşağıdakı düstura baxın).

Yekun nəticə = maksimum {1-ci turun nəticəsi, 2-ci turun nəticəsi}

Nümunə 1: 1-ci turun nəticəsi 500 xal, 2-ci turun nəticəsi 0 xaldır. Yekun nəticə=500.

Nümunə 2: 1-ci turun nəticəsi 87 xal, 2-ci turun nəticəsi 200 xaldır. Yekun nəticə=200.

Nümunə 3: 1-ci turun nəticəsi 0 xal, 2-ci turun nəticəsi 250 xaldır. Yekun nəticə=250.

Diqqət: Yekun nəticə olaraq 500 bal üzərindən 200 və yuxarı bal toplamış iştirakçılar final turuna vəsiqə qazanmışlar.

Qeyd edək ki, təşkilat komitəsinin əvvəlcədən elan etdiyi kimi İnformatika üzrə Respublika fənnolimpiadasının (RFO) finalçıları “IDDA CUP – Bahar 2024” müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanmışlar.

“IDDA CUP – Bahar 2024” Olimpiadasının FİNAL turu 27 aprel 2024-cü il tarixində Bakı şəhərində təyinolunmuş məkanlarda əyani formada keçiriləcək.

Bununla bağlı iştirakçılara əlavə məlumat veriləcək.

Bütün finalçılara uğurlar arzulayırıq!

Hörmətlə,

IDDA CUP Təşkilat Komitəsi

Şərhlər(14)

YAY KAMPINA NECE NEFER GOTURULECEK? 8-9-10-11 birlikde kecirilse haqsizliq olar

8 em deye dedim yoxsa demezdim)))))

Salam mən də qoşulmaq üçün nə etməliyəm

Salam,

Salam, RFO finalına çıxan şagirdlər İDDA CUP finalında iştirak etmək üçün buraxlışları necə və hardan əldə edəcəklər?

Salam, bu gün finalçıların poçt unvanlara məlumat göndəriləcəkdir. Zəhmət olmasa gün ərzində yoxlayın.

Salam,

Salam, Zəhmət olmasa [email protected] və yaxud [email protected] email ünvanına məlumat göndərəsiniz.

Salam mən finalçıyam göndərilmədi.

Salam bu 2023finalçıları üçündə keçərlidir? Əgər elədirsə mənə məlumat göndərilməyib.

portal.edu.az - da istifadə olunan emailə göndərilib. Amma təzəcə ikinci dəfə sizin codeany-də istifadə olunan emailə-də məlumat göndərilib.

@Mutalib Abdullayev, xeyr ancaq RFO 2024-cü ilin finalçılarına aiddi.

vay be 200 bal toplmadım, və keçdimmmmm

vay be 200 bal toplmadım, və keçdimmmmm