25 Aprel 2024

00:00

Şərhlər(0)

CodeAny Platform

2024-cü il İnformatika üzrə Respublika Olimpiadasının FİNALÇILARININ nəzərinə!

Hörmətli İnformatika üzrə Respublika Olimpiadasının FİNALÇISI. Dəfələrlə xəbər verdiyimiz kimi, Siz 27 aprel 2024-cü il tarixində Bakının müxtəlif universitetlərində keçiriləcək “IDDA Cup - Bahar 2024” Olimpiadasının final mərhələsinin iştirakçısısınız.

Sizə Azərbaycan Təhsil Nazirliyinin məlumat bazasında qeyd olunan elektron ünvanlara dəvət göndərilib. Əslində ünvanların çoxu valideynlərin ünvanlarıdır. Təəssüf ki, bir çox hallarda ünvanların düzgün olmamaması və ya dolu olması səbəbiylə dəvətimizin Sizə çatdırıla bilməyəcəyi barədə məlumat alırıq.

Bu səbəbdən, İnformatika üzrə Respublika Olimpiadasının BÜTÜN FİNALÇILARINI TƏCİLİ olaraq linkdə verilən sorğu formasını doldurmalarını xahiş edirik (https://forms.gle/PRYWVix41iQyorTd6).

Doldurduğunuz forma əsasında Sizə “IDDA Cup - Bahar 2024” Olimpiadasının final mərhələsinin keçirilmə yeri haqqında məlumat göndərəcəyik. Əks halda olimpiadada iştirak edə biləcəyinizə zəmanət verə bilmirik. Nəzərinizə çatdıraq ki, finalda iştirak etmək üçün aprelin 27-də finala qeydiyyatdan keçərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.

Diqqətinizə görə təşəkkürlər!

Şərhlər(0)