26 Aprel 2024

09:10

Şərhlər(2)

CodeAny Platform

“IDDA Cup - Bahar 2024” Olimpiadasının final mərhələsinin iştirakçılarının nəzərinə!

Hörmətli İnformatika üzrə Respublika Olimpiadasının finalçılarının və eyni zamanda“IDDA Cup - Bahar 2024”Olimpiadasının final mərhələsinin iştirakçılarının nəzərinə!

Nəzərinizə çatdırırıq ki, “IDDA Cup – Bahar 2024” Olimpiadasının final mərhələsinə aşağıdakı kimi dəvət olunursunuz.

  1. Respublika Fənn Olimpiadasının finalında iştirak edən 10-11-ci sinif şagirdləri ADA Universitetinə aşağıdakı ünvana dəvət olunur:

Bakı, Əhmədbəy Ağaoğlu küçəsi, 61. (metro, Gənclik stansiyası)

ADA Universiteti, D binası (metro, Gənclik stansiyası).

Universitet şəhərciyinə (kampusa) giriş Əhmədbəy Ağaoğlu küçəsindən əsas girişdəndir.

Kampusa daxil olarkən şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz.

Qeydiyyat D-122 Auditoriyasının qarşısında aparılacaq.

_______________________________________________________________________________

  1. Respublika Fənn Olimpiadasının finalında iştirak edən 8-9-cu sinif şagirdləri Bakı Mühəndislik Universitetinə aşağıdakı ünvana dəvət olunur:

Xırdalan ş. Həsən Əliyev, 120 (Bakı)

Kampusa daxil olarkən şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz.

___________________________________________________________________________________

3.Azərbaycan Texniki Universitetinə dəvət olunur:(siyahı) linkə basın

Ünvan: H.Cavid prospekti 25, Bakı, Azərbaycan AZ 1073 Azərbaycan Texniki Universiteti.

5ci korpus 412-414-cü otaqlar.

Kampusa daxil olarkən şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz.

___________________________________________________________________________________

4.UFAZ Universitetinə dəvət olunur:(siyahı) linkə basın

Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 227, UFAZ ın SP2 binası, binaya giriş Süleyman Rüstəm kücəsi tərəfdən,

Kampusa daxil olarkən şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz.

___________________________________________________________________________________

5.UNEC Universitetinə dəvət olunur:(siyahı) linkə basın

Ünvan: Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 194,

UNEC universitetinin 3-cü tədris binası.

Kampusa daxil olarkən şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz.

___________________________________________________________________________________

Olimpiadanın Final turunun proqramı:

9:00 - 10:50 Qeydiyyat

11:00 - 12:00 Sınaq turu

12:30 – 16:30 Əsas tur

Qaliblərin mükafatlandırılması mayın 18-də "ICPC Azərbaycan" cəmiyyətinin 20 illik yubileyinə həsr olunmuş simpozium çərçivəsində baş tutacaq.

Xatırladırıq ki, qaliblər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) qiymətli hədiyyələri və xarici təlimçilərin iştirakı ilə bir həftəlik yay proqramlaşdırma məktəbində iştirak etmək hüququ qazanacaqlar.

Hər kəsə uğurlar!

“IDDA Cup – Bahar 2024” Olimpiadasının Təşkilat Komitəsi.

Şərhlər(2)

Nəticələr təxminən ayın neçəsi açıqlanar?

Nəticələr nə zaman açıqlanacaq?