AzCoders Platformasina Noldu?

AzCoders platformasina men hec-vaxdi girmemisdim amma codeany de "News" yerinde var indi (azcoders.net linkiydi), girdim, hecne yoxuydu ancaq deyirki bele bir sayt tapilmadi. O hec var idi? 🤔

Uyda. Cox Sagolun bele bir yeke bir informasiyaya, Codeany!🔥

Mesajınız və bizə göstərdiyiniz maraq üçün çox təşəkkür edirik! Hər şey 2022-ci ildə, ADA Universitetində oxuyan bir qrup keçmiş olimpiadaçı tələbənin "AzCoders"i qurmaq qərarı ilə başladı. Səbəb sadə idi: Azərbaycanda məktəbliləri sıfırdan alıb regional və beynəlxalq olimpiadalara hazırlayacaq, həm proqramçı, həm də olimpiadaçı kimi yetişdirəcək vahid və sistemli bir proqram yox idi. Bəli, Nazirliyin hazırlıq mərkəzi və bəzi kurslar var, lakin dünyadakı analoqları (məsələn, ABŞ-da USACO, İranda, Rusiyada, Ukrayna və Belarusda fəaliyyət göstərən regional akademiyalar) kimi əhatəli bir sistem yox idi. Pandemiya dövründə dərslər dayananda bu problem daha qabarıq göründü. Üstəlik, mövcud dərslərin əksəriyyəti gənclər üçün ya çox darıxdırıcı, ya da həddindən artıq çətin olurdu. Digər böyük problem isə Azərbaycan dilində məşq etmək üçün müasir platformanın olmaması idi (köhnə informatika.edu.az artıq işləmir). RFO belə indi CMS platformasında keçirilir, halbuki 2018-ci ildə bu sistem olmadığından yarış ICPC formatında keçirilmişdi və ciddi çətinliklər yaranmışdı. Biz bu problemləri həll etmək üçün yola çıxdıq. İlk addım olaraq həm saytımızı test etmək, həm də təcrübə qazanmaq üçün Bakı Avropa Liseyinin şagirdlərinə "Proqramlaşdırma əsasları" kursunu keçdik. Layihə böyüdükcə server və infrastruktur xərcləri üçün maliyyəyə ehtiyac yarandı və biz 2023-cü ildə "SABAH.Hub" akselerasiya proqramına qoşulduq. İlk böyük və qlobal yarışımızı 18 Mart tarixində 100-dən çox şagirdin iştirakı ilə keçirdik — bu gün bizim rəsmi ad günümüzdür. Akselerasiya müddətində mentorların tövsiyəsi ilə adımızı dəyişmək qərarına gəldik, çünki "AzCoders" yalnız Azərbaycanla məhdudlaşırdı. Müzakirələr nəticəsində "CodeAny" adını seçdik və yeni loqomuzu yaratdıq. Artıq 3 ildir fəaliyyətdəyik. Hələ ki, bütün hədəflərimizə çatmasaq da, mənfi və müsbət tərəflərimizi bilirik, səhvlərimiz üzərində işləyirik. Məqsədimizə mütləq çatacağımıza ümid edirik! Hörmətlə, CodeAny komandası